Zəfər Kuboku layihəsinin İsmayıllı seçim turu keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qalib Gəncliyimizin ll Zəfər Kuboku” layihəsinin İsmayıllı seçim turu keçirildi.

Rayon gənclərindən ibarət 17 komanda finala vəsiqə uğrunda mübarizəyə qatıldı. “Sən həmişə bizimləsən” şəhər 3 saylı məktəb-liseyin komandası finalda İsmayıllını təmsil edəcəklər.

10 Okt 2022