Universitet Liqasına start verilir.

Azərbaycanın ən geniş miqyaslı liqası öz işini bərpa edir 🤩

Minlərlə tələbəni, yüzlərlə komandanı 3 aylıq həyəcana ortaq edən Tələbələrin İntellekt Liqasında 3-cü mövsümün vaxtıdır! Yeni universitetlər, yeni qaydalar, yeni suallar və digər bir çox yeniliklərlə bu şənbə sizin görüşünüzə gəlirik 🥳

Ölkəmizin ən qabaqcıl universitetlərinin intellektual klublarının birgə əməyi, Xəzər İntellektual Gənclər Klubu və 3sual.az platformasının əməkdaşlığı ilə keçiriləcək liqamızda bu mövsüm ən az 15 universitet iştirak edəcək və komandalar yenə də final oyununda yerlərini tutmaq üçün yarışacaqlar 😉

Qeydiyyat üçün universitetinizin intellektual oyunlar klubuna müraciət edin 📝

📌 Nəzərə alın ki, komandanın heyəti yalnız eyni universitetin tələbələrindən qurula bilər

25 Snt 2023