H.Əliyevin yüzillik yubileyi münasibətilə "Yubiley kuboku" adlı intellektual yarış keçirilib

İyul ayının 9-da Zərdab Gənclər Evinin təşkilatçılığı, Consensus İntellektual Mərkəzin rəhbəri Azad Manaflının dəstəyi ilə "LM Palace" şadlıq sarayında "Yubiley kuboku" - intellektual yarış keçirilmişdir.

İlk öncə Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, gərgin və bir o qədər də maraqlı keçən intellektual bilik yarışında 11 komanda iştirak etmişdir. "Yubiley kuboku" intellektual yarışının qalibi Mingəçevir şəhərinin "Che" komandası, ikinci yeri Zərdab rayonun "Classic A-1" üçüncü yeri isə Zərdab rayonunun "Məğlubedilməz armada" komandası tutmuşdur. Sonda qaliblərə diplom və medallar, birinci yerin sahibinə isə kubok təqdim olunmuşdur.

Yarışın keçirilməsində göstərdikləri diqqət və dəstəyə görə Zərdab Gənclər Evi adından "LM Palace" şadlıq sarayının rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk.

 

09 Iyl 2023