Tandemiya liqasının birinci mövsümünə yekun vuruldu

Consensus İntellectual Center və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən Tandemiya liqasının ilk sezonu başa çatdı.Emin Qasımov və Səməd Səmədov tandemindən ibarət Cules komandası liqanı qalib kimi başa vurdu. Müxtəlif turlarda komandanın heyətində Şamxal Cəbiyev və Səyyar Qurbanov da mübarizə aparıblar .Emin Fətəliyev və Aqşin Atalıyev ikilisinin birlikdə oynadığı "FAtality" komandası 2-ci, Rəşad Şahverənov və Yusif Yaquboğludan ibarət "Belıyston" isə 3-cü yerdə qərarlaşıblar. Yekunda qaliblər Consensus İntellectual Center tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb.

 

11 Iyn 2023