Talıstan kəndinin gəncləri üçün intellektual oyun

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramı - 2.0 çərçivəsində "İsmayıllı İntellektual Oyunlar Klubu" İctimai Birliyi tərəfindən "Kəndimizin İntellektual Gəncləri" layihəsi İsmayıllı rayonunun kənd gəncləri arasında təşkil edilir.

Layihənin ilk turu İsmayıllı rayon Talıstan kənd tam orta məktəbində təşkil edilib. 6 komandanın mübarizə apardığı Nə? Harada? Nə zaman? oyununda "Şimşək" komandası qalib olaraq sertifikat və İsma Pizza-dan dəyərli hədiyyələr qazandı. Sonda isə kənd gəncləri ilə xatirə fotosu çəkildi.

#AzGF #NAYORA #Birlikdə #İİOK2023 #KəndimİZinİntellektualGəncləri

09 Fvr 2023