Regional Azərbaycan Kubokunun son finalçıları məlum oldu

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə ölkədə ikinci dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Regional Azərbaycan Kuboku” layihəsinin Ağdaş seçim turu keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd Heydər Əliyev siyasətinin gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir.

Ağdaş seçim turunda ümumilikdə 17 komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Gərgin mübarizənin sonunda "Panteon" və "Ağdaşlandiya" komandaları finala vəsiqəni təmin etdi. Yaxın gündə finalçıların siyahısı rəsmi facebook səhifəsində və saytda dərc ediləcəkdir.

Qeyd edək ki, final mərhələsi yaxın zamanda 2023-cü il Gənclər Paytaxtı olan Mingəçevir şəhərində keçirilməsi planlaşdırılıb.

#AzGF #iiok2023 #İsmayıllıDPTM #AGİİ #RegionalAzərbaycanKuboku

23 Fvr 2023