"Regional Azərbaycan Kuboku"nun seçim turları yekunlaşdı.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubunun təşkilatçığı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə "Regional Azərbaycan Kuboku"nun seçim turları yekunlaşdı.

İlk olaraq Ağdaş, daha sonra isə Mingəçevir şəhərində, növbəti günlərdə isə Ağsu və Şamaxı rayonlarında gənclər arasında seçim turları baş tutdu. 

Seçim turlarında ilk öncə himn səslənmiş və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Rayon Gənclər və İdman İdarələrinin nümayəndələri sözügedən rayonlarda gənclər üçün yaradılan şəraitdən, gənclərin intellektual oyunlara və asudə vaxtlarını daha səmərəli keçirmələrinə səbəb olacaq məşğuliyyətlərə yönəlmələrinin vacibliyindən danışdılar. Sonra İsmayıllı İntellektual Oyunlar Klubunun sədri və layihə rəhbəri Azad Manaflı layihənin məqsədi, seçim turlarının keçirilməsi, oyunun gedişatı və s. haqqında məlumat verdi və iştirakçılara uğurlar arzuladı.

Seçim turunda Heydər Əliyev və onun siyasəti, Azərbaycan tarixində önəmli rol oynamış şəxslər, Azərbaycanın tarixi və ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirildi. Hər rayonda ilk 3 yeri tutmuş komandalar finala vəsiqəni təmin etdi. 

Qeyd edək ki, final mərhələsi yanvar ayının sonlarında Mingəçevir şəhərində keçirilməsi planlaşdırılıb. Finalda qaliblərimizə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim ediləcəkdir.

04 Ynv 2024