Regional Azərbaycan Kubokunun ilk seçim turu keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və Şamaxı Rayon Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə ölkədə ikinci dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Regional Azərbaycan Kuboku” layihəsinin Şamaxı seçim turu keçirilib.

Layihənin seçim turunda iki tur olmaqla ümumilikdə 24 sual səsləndirilib. Layihənin keçirilməsində əsas məqsəd Heydər Əliyev siyasətinin gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir.

Şamaxı seçim turunda ümumilikdə 10 komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Gərgin mübarizənin sonunda ADPU-nun Şamaxı filialının tələbələrindən ibarət "Sirius" komandası finala vəsiqəni təmin etdi.

Qeyd edək ki, final mərhələsi yaxın zamanda 2023-cü il Gənclər Paytaxtı olan Mingəçevir şəhərində keçirilməsi planlaşdırılıb.

#AzGF #iiok2023 #İsmayıllıDPTM #ŞGİİ #RegionalAzərbaycanKuboku

17 Fvr 2023