Regional Azərbaycan Kubokuna qeydiyyat başladı

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubunun təşkilatçığı ilə “III Regional Azərbaycan Kuboku” layihəsi üçün qeydiyyat açıq elan edilir.

 

Ağdaş, Ağsu, Mingəçevir və Şamaxı şəhərlərindən baş tutacaq seçim turunun nəticələrinə görə final mərhələsində iştirak edəcək 16 komanda 4 səbətə bölünərək çempionluq uğrunda mübarizə aparacaq. Qeyd edək ki, qalib komandalar Bakı şəhərində keçiriləcək “Azərbaycan Kuboku” layihəsinə birbaşa vəsiqə əldə edəcəkdir. 

 

Əgər finalda sizində regionununuzu (şəhərinizi) təmsil edən komandanın olmasını istəyirsinizsə, vaxt itirmədən qeydiyyatdan keçin.

 

Qeydiyyatdan linki: https://bit.ly/3MJDJEL

 

Qeydiyyatdan keçmək üçün son tarix: 16.12.2023

 

21 Noy 2023