Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "II Regional Azərbaycan Kuboku" layihəsinin finalçıları məlum oldu. Azərbaycanın 12 müxtəlif regionundan ən güclü 16 komanda Azərbaycan Kuboku uğrunda mübarizə aparacaqlar. Bütün komandalara uğurlar arzulayırıq və finalçıları sizə təqdim edirik.
Qeyd edək ki, layihə 04 mart saat 10:00-da Mingəçevirdə Ağ Saray Hotelin akt zalında təşkil ediləcəkdir. Ətraflı məlumat üçün rəsmi facebook səhifəmizə yaza bilərsiniz.
Komanda adı | Region | |
1 | Propaqanda | Ağsu |
2 | Tutorlab müəllimləri | Ağsu |
3 | Avengers | Qəbələ |
4 | Polad Həşimov | Qəbələ |
5 | Panteon | Ağdaş |
6 | Ağdaşlandiya | Ağdaş |
7 | Difai | Ucar |
8 | AqroTeam | Göygöl |
9 | Bayraktar | Şəki |
10 | Liberland | Gədəbəy |
11 | Che | Mingəçevir |
12 | Epifiz | Şəki |
13 | Partav | Bərdə |
14 | Tala | Zaqatala |
15 | Ərgünəş | Fizuli |
16 | Noctua | Gəncə |