Ramazan Bayramı münasibəti ilə intellektual oyun keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Consensus İntellektual Center və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.

İntellektual yarışda 30-a yaxın komanda iştirak edib. Bilik yarışı Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Oyunda Novruz bayramının tarixi, adət - ənənələri, Ümummilli Liderin həyatı, onun siyasəti, müstəqillik tariximizdən, Müzəffər Azərbaycan Ordusunun Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlar, qəhrəman döyüşçülərimiz, dövlət quruculuğumuz haqqında və ümumi dünya görüşünə əsaslanan 24 sual verilib.

Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə turnirin qalibləri BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar, kubok,medallar və xatirə hədiyyələri ilə təltif olunublar.

19 Apr 2023