Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramı - 2.0 çərçivəsində "İsmayıllı İntellektual Oyunlar Klubu" İctimai Birliyi tərəfindən "Kəndimizin İntellektual Gəncləri" layihəsi İsmayıllı rayonunun kənd gəncləri arasında təşkil edilir.
Layihənin ikinçi turu İsmayıllı rayon Quşencə kənd tam orta məktəbində təşkil edilib. 6 komandanın mübarizə apardığı Nə? Harada? Nə zaman? oyununda "Xəyyam" komandası qalib olaraq sertifikat və İsma Pizza-dan dəyərli hədiyyələr qazandı. Sonda isə kənd gəncləri ilə xatirə fotosu çəkildi.
#AzGF #NAYORA #Birlikdə #İİOK2023 #KəndimİZinİntellektualGəncləri