Qobustan seçim turu

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin Qobustan seçim turu keçirilib. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın 44 gün müddətində qazandığı zəfəri gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir. Qobustan seçim turunda ümumilikdə 7 komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Gərgin mübarizənin sonunda 1 komanda finala vəsiqəni təmin etdi. Qeyd edək ki, final mərhələsi noyabr ayının sonunda İsmayıllı rayonunda keçirilməsi planlaşdırılıb. #ARGİN #GİN #İİOK2022 #Regional #Azərbaycan #Çempionatı #AZEGənclər #AZE #QrantLayihə

19 Noy 2022