Peşəkar müəllim

"Peşəkar Müəllim" mərhələsinin növbəti mərhələsi uğurla başa çatdı.

İki ildir uğurla davam edən "Peşəkar Müəllim" layihəsinin növbəti mərhələsində (PM2) İsmayıllı müəllimləri üçün master klasslar təşkil edilib. İlk növbədə müəllimlər layihələrin yazılması, idarə edilməsi, maliyyə savadlılığı, donorlarla işləmə bacarığı, hesabatlılığın təmin edilməsi və layihələrin davamlılığımı təmin edilməsi istiqamətində peşəkar təlimçi Rəvan Cəfərlinin təqdimatında təlimlər təşkil edilib. Bundan əlavə olaraq müəllimlər üçün qalib layihələrin üzərində xüsusi hazırlanmış praktiki dərslər keçirilib.

Layihənin keçirilməsində məqsəd yaxın zamanlarda Elm və Təhsil Nazirliyi tərəfindən elan ediləcək növbəti qrant layihəsində keyfiyyətli layihələrin təqdim edilməsi, İsmayıllı təhsilində yeni innovativ layihələrə dəstək göstərmək, müəllimlərin maliyyə savadını artırmaq, bu sahələrdə ödənişsiz konsultasiya xidməti ilə təmin etmək, müəllimlərin şəbəkələşməsinə töhfə vermək: onların "Peşəkar Müəllim" olaraq inkişaf etmələrinə təkan vermekdir

Həmçinin müsabiqə çərçivəsində layihə iştirakçılarına Rəvan Cəfərli və Azad Manaflı tərəfindən mentor dəstəyidə göstəriləcəkdir.

Qeyd edək ki, layihə Gələcək Naminə İctimai Birliyi, TutorLab.az və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi birgə təşkilatçılığı və Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfdaşlığı ilə həyata keçirilir. Növbəti aylarda da təşkil edilməsi planlaşdırılmışdır.

#Təhsil #innovasiya #layihə #qrant #DağlıqŞirvan #GələcəkNaminə #İRGRM

15 Ynv 2023