Peşəkar İntellekt Liqasında mövsümün qalibləri müəyyən olundu.

misli.az-ın sponsurluğu və Consensus İntellectual Center-in təşkilatçılığı ilə həyata keçirilən Peşəkar İntellekt Liqasında mövsümə yekun vuruldu.

 

Gərgin mübarizə şəraitində keçən mövsümün sonunda ümumi nəticələrə əsasən İnterpreters United komandası mövsümün qalibi adına və əsas mükafat olan 1000 manata sahib oldular. Kranium komandası ikinci, Kaspi komandası isə mövsümü üçüncü yer olaraq başa vurdu.

 

Yekunda qaliblərimizi misli.az adından Vüsal Bəkirov və Consensus Intellectual Center adından Azad Manaflı tərəfindən təbrik edildi və dəyərli hədiyyələrlə mükafatlandırıldı.

Qaliblərimizi təbrik edirik.Növbəti mövsümdə görüşənədək

26 Iyn 2023