Gənc müəllimlərin Zəfər Kuboku

Daşkəsən rayonu üzrə təhsil sektorunun, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İsmayıllı İntellektual Oyunlar Klubu və TutorLab.az birgə təşkilatçılığı ilə gənc müəllimlər arasında "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışı keçirilib. Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam edib. İntellektual bilik yarışında 1-ci yerə "Qarabağ", 2-ci yerə "Şuşa", 3-cü yerə isə "Zəfər" komandası layiq görülüb. Hər bir komandaya iştirak etdikləri üçün təşəkkürümüzü bildiririk! #AGMA #GəncMüəllim #Sevgiiləöyrət #iiok2022

22 Noy 2022