Müəllimlər arasında intellekt yarışı keçiriləcək

TutorLab təhsil proqramı onlayn formatda "İnnovativ Müəllimlərin İntellekt Yarışı" layihəsini təşkil edir. Layihənin keçirilməsində əsas məqsəd müəllimlərin dünya görüşünü artırmaq, onların bilik və bacarıqlarına əsaslanan suallar ilə əyləncəli oyun keçirtmək və suallara doğru cavab verərək həvəsləndirici pul mükafatları qazanmaqdır. 

İntellekt yarışında yalnız TutorLab təhsil platformasında qeydiyyatdan keçən müəllimlər iştirak edə bilər. Öncədən təyin olunmuş zamanda ümumi fənnlərdən və dünya görüşünə əsaslanan 10 sualdan ibarət bir oyun keçiriləcəkdir. Yarışmada yaş limiti yoxdur, hər kəs kiçik zaman daxilində müxtəlif sualara cavab verəcəkdir. Suallar dünya görüşünə aid və bir neçə variantlı cavablar ilə müəllimlərə təqdim ediləcəkdir. Oyun bitən kimi dərhal doğru cavablar və nə qədər xal toplamağınız ekranda əks olunacaqdır. Dərhal sonra isə TutorLab hesabınıza kəşbəklə bağlı bildiriş daxil olacaqdır. 

Qeyd: Layihədə iştirak üçün login yerinə proqramda qeydiyyatdan keçdiyiniz nömrəni, parol isə qeydiyyatdan keçdiyiniz zaman təyin etdiyiniz koddur. Əgər kodu unutmusunuzsa TutorLabın rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) yaza və ya 0559113388 (89) nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

28 Mar 2023