Macarıstanda intellektual oyun keçirilib

Consensus İntellektual Mərkəzin dəstəyi ilə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Budapeştdə yaşayan azərbaycanlı gənclər bir araya gələrək ulu öndərin həyat və irsi haqqında olan intellektual oyunda iştirak etdilər! 

Keçirilən oyun gənclərin öz bilik və intellektlərini nümayiş etdirmək və həmçinin bir-biri ilə şəbəkələşmək üçün imkan yaratdı. 

Görüş boyu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına verdiyi töhfələr, ölkənin ən çətin dövrlərində rəhbərliyi, tərəqqi və rifahın təşviqinə sadiqliyi vurğulandı.

16 May 2023