Kəndimizin intellektual gəncləri üçün gəlirik

Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllının 5 kəndində intellektual oyunlar təşkil ediləcəkdir. Layihənin məqsədi kənd gənclərini intellektual oyunlara cəlb etmək onların asudə vaxtını səmərəli təşkilindən ibarətdir. 

Oyunlar Cülyan, Talıstan, Təzəkənd, Quşencə kəndlərində və Lahıc qəsəbəsində 8-10 fevral tarixlərində təşkil ediləcəkdir.

07 Fvr 2023