İsmayıllıda məktəblilər arasında intellektual oyun keçirilib

İsmayıllı İntellektual Oyunlar Klubunun dəstəyi ilə şəhər 7 nömrəli məktəbdə "İntellektual Oyunlar" həftəsi çərçivəsində Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş siniflərarası "Xəmsə" Milli İntellektual Oyunu keçirildi. Yarışda 6-cı və 7-ci siniflərin birgə komandası, 8-ci sinif, 9-cu sinif və 10-cu sinif komandaları iştirak edirdi.

Klubun idarə heyətinin üzvü və məktəbin müəllimi Məlikzadə Kamranın aparıcılığı ilə həyata keçirilən yarışda gərgin mübarizədə 9-cu sinif komandası I yeri, 6-cı və 7-ci siniflərin birgə komandası II yeri, 10-cu sinif komandası III yeri və 8-ci sinif komandası həvəsləndirici yer tutdu.Qaliblərə diplomlar təqdim edildi. Şağirdləri təbrik edirik və uğurlar arzulayırıq.

Təşkilat olaraq isə təkcə bir məktəbdə deyil növbəti tədris ilindən etibarən ümumi respublikada məktəblilərin intellektual biliklərini artırılması istiqamətində "Məktəbli liqası" yaradılması planlaşdırılmışdır.

17 May 2023