İsmayıllıda “Biznesdə qadınlar” adlı layihə icra olunub

Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi “Biznesdə qadınlar” adlı növbəti tədbir həyata keçirib.

9 mart 2023-cü ildə “Gələcək Naminə” İctimai Birliyinin "Həssas qrupdan olan qadınların iqtisadi səlahiyyətlərinin artırılması üçün icmaların yaradılması" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

İsmayıllı şəhərində keçirilən tədbirə “Gələcək Naminə” İctimai Birliyi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi, Yevlax KOB İnkişaf Mərkəzinin təşkilatçılığı və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 10 nəfər iştirakçı qatılıb.

Layihənin məqsədi Azərbaycanda qadınların, xüsusən də, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadiyönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir.

Layihə koalisiya formasında icra olunur. Koalisiyada Gələcək Naminə İctimai Birliyi, Gənc Mühasiblər İctimai Birliyi, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyəti yer alıb.

Tədbirdə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Tacəddin İbadov, “Gələcək Naminə” İctimai Birliyinin sədri Rəvan Cəfərli, çıxış edərək layihənin işində uğurlar arzulayıblar.

Rəsmi hissə yekunlaşdıqdan sonra peşəkar təlimçilər Tural İsaqov və Nərmin Daşdəmirbəyli tərəfindən Biznesdə qadınlar və Biznes Psixologiyası mövzusunda təlim keçirilib və iştirakçılara "Sahibkar qadın" adlı kitabça təqdim olunub.

13 Mar 2023