İsmayıllı rayon çempionatı keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər Həftəsi 2023” layihəsi çərçivəsində İsmayıllı rayon Gənclər və İdman İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı sektoru, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 27 yanvar 2023-cü il tarixdə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində  “Heydər Əliyev İli”  və “2 Fevral-Azərbaycan Gəncləri Günü” nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə İsmayıllı rayon çempionatı keçirilib.

 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edənlər ilk növbədə Ulu Öndər Heydər Əliyevin  Azərbaycan tarixinin  səhifələrinə həkk olunan ömür yolundan söz açaraq, bütün sahələrdə, o cümlədən  dövlət gənclər  siyasətinin uğurla həyata keçirilərək gənclərin həyatında böyük toxunuşlar  edilməsi sayəsində bugünkü gəncliyin var olmasını böyük qürur hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Həmçinin İsmayıllı rayonunda da aparılan dövlət gənclər siyasətinin uğurlarından danışaraq, gəncləri bu kimi yarışlarda daim fəal olaraq iştirak etmələri tövsiyə olunub.

 

Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi “Heydər Əliyev İli”nin və  2 Fevral-Azərbaycan Gəncləri Günü”nün qeyd olunması, gənclərin dünyagörüşünün genişləndirilməsi və Azərbaycan tarixi və mədəniyyəti üzrə biliklərinin artırılması olub.

 

Gərgin və ədalətli keçən mübarizənin yekununa əsasən Cülyan kənd tam orta məktəbin “Teymur” komandası  I yeri, Diyallı kənd tam orta məktəbin “Diyallı ” komandası II yer və Talıstan kənd tam orta məktəbin “G.O.A.T” komandası isə III yeri  qazanıb.

 

#HeydərƏliyev #100il #Gənclər #Gənclərvəİdman

#AZEgənclər #AZEidman #AZEyouth #AZEsport #İsmayıllıGİİ #birkimibirlikdə

27 Ynv 2023