İsmayıllı İntellektual Oyunlar Klubu təltif olundu

Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramının yekunları ilə bağlı bağlanış mərasimi təşkil edilib.

Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək proqram haqqında ümumi məlumat vermiş, həmçinin növbəti proqramın elanını etmişdir.

AR Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov və AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədov da çıxış edərək layihə haqqında öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, İsmyıllı İntellektual Oyunlar Klubunun təşəbbüsü donorlar tərəfindən dəstəklənərək rayonun bir neçə kəndində intellektual oyunlar təşkil edildi. Kənd gənclərinin intellektinin artırılması üçün "Kəndimizin intellektual gəncləri" layihəsi uğurla həyata keçirildi. Təşkilat uğurlu layihə icra etdiyinə görə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təltif edildi. Tədbirin sonunda resurs dəstəyi göstərilmiş təşkilatlar mükafatlandırılmış və xatirə fotosu çəkilmişdir.

10 Apr 2023