"İrs" adlı intellektual müsabiqə keçirilib

"Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi, Consensus İntellektual Mərkəzin dəstəyi və Gənc SİMA İctimai Birliyinin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində "İrs" adlı intellektual müsabiqə keçirilib. 🤩

1 nömrəli Bakı Tibb kollecində "Nə?, Harada?, Nə zaman?" formatında baş tutan yarışda 102 nəfər gəncin iştirakı ilə 17 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti və zəngin irsinə həsr olunan intellektual yarışın qalibi #Əlincə komandası olub. #Suqovuşan#Bərgüşad komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıb. 🏆🎁

İntellektual oyunda iştirak edən gənclərimizə təşəkkür edir, qaliblərimizi bir daha təbrik edirik!

15 May 2023