İntellektual yarış həvəskarlarının nəzərinə

"Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi, Consenses İntellektual Mərkəzi və Gənc SİMA İctimai Birliyinin  tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində "Nə? Harada? Nə zaman?" formatında "İrs" adlı intellektual müsabiqə keçiriləcəkdir. 

Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti və zəngin irsinə həsr olunan intellektual yarışda qalib gəlmək, kubok, medal və dəyərli hədiyyələr qazanmaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin! 🏆🎁

📌 Qeydiyyat komanda şəklində deyil, fərdi qaydada aparılır. Yaş həddi 16-29-dur. Müraciəti müsbət dəyərləndirilmiş gənclər təsadüfi seçim əsasında formalaşdırılmış komandalar şəklində yarışda iştirak edə biləcəklər.

🗓 Tarix: 9 may 2023-cü il, saat 14:00

🔗 Qeydiyyat üçün link: bit.ly/İrsintellektualmüsabiqə

❗️ Qeydiyyat üçün son tarix: 08.05.2023, saat 22:00

06 May 2023