"Heydər Əliyev İli"-nə həsr olunmuş "Qurtuluş kuboku" keçirildi

Consensus İntellectual Center-in və Port of Bakunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli"-nə həsr olunmuş "Qurtuluş kuboku " keçirildi.Oyunda Heydər Əliyev və onun Azərbaycançılıq siyasəti, Vətən müharibəsi, Qurtuluş tarixi,Azərbaycanın tanınmış simaları və s. mövzuları əhatə edən 36 sual səsləndirildi.Həyəcan dolu və gərgin mübarizə şəraitində keçən oyunda Sinaps komandası birinci yerin sahibi, Vendetta və Pürrəngi komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərin sahibi oldular.Qaliblər kubok,diplom və müvafiq dərəcəli medallarla mükafatlandırıldılar

11 Iyn 2023