"Heydər Əliyev ili" çərçivəsində İsmayıllıda intellektual oyun təşkil ediləcək

İsmayıllı rayonunun idarə, müəssisə və təşkilatları arasında Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Yubiley Kuboku” adlı bir neçə mərhələli yarışmlar keçiriləcəkdir. 

Layihə "H.Əliyev ili" çərçivəsində təşkil edilən silsilə tədbirlərin davamı olmaqla yanaşı, həm də  doğma təşkilatımız olan İsmayıllı İntellektual Oyunlar Klubu ictimai birliyinin 10 illik fəaliyyətinin qeyd edilməsi münasibətilə keçiriləcək. 

Layihədə yalnız İsmayıllı rayonunun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak edə bilər. 4 - 6 nəfərdən ibarət komandanızı toplayıb qeydiyyatdan keçə bilərsiniz.

Qeyd edək ki, layihə YAP İsmayıllı Rayon Təşkilatı, İsmayıllı İntellektual Oyunlar Klubu, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. 

Qeydiyyat linki:YubileyKuboku

Qeyd 1: Hər müəssisədən bir komanda oyuna qatıla bilər və rəsmi olaraq idarənin əməkdaşı olmalıdır. 

Qeyd 2: Yaş limiti yoxdur

12 Apr 2023