Consensus Intellectual Centerin təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələrindən ibarət
komandaların mübarizə apardığı intellektual oyun keçirilib.
Nə? Harada? Nə zaman? formatında baş tutan oyunun sualları Ulu Öndərin həyatı , hakimmiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşünü əhatə edib. Yekunda "Böyük Qayıdış" Gənclər Təşkilatının komandası birinci yerin qalibi olub. "Cavan" Gənclər Hərəkatı və Gənclərin Marifləndirilməsinə dəstək ictimai Birliyinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri öz aralarında bölüşüblər.