Gənclər Təşkilatlarının İntellektual yarışı keçirildi.

“Heydər Əliyev İli” çərçivəsində İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi ilə keçirilən yarışda 8 komanda yarışdı.

Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən oyunda H.Əliyevin həyat və fəaliyyəti, Vətən müharibəsi, Zəfər tarixi, müasir trendlər və digər müxtəlif mövzuda gənclər öz bilik və bacarıqlarını sınayıblar. 36 sualıq gərgin oyunun sonunda komandalar arasından “Böyük Qayıdış” Gənclər Təşkilatı birinci yer, Cavan Gənclər Hərəkatı ikinci yer, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası isə üçüncü yerin qalibi olmuşdur.

Sonda yarışda iştirak edən bütün komandalar sertifikatla, ilk üç yerin qalibləri isə kubokla təltif ediliblər.

14 Apr 2023