Gənclər günündə Poliqon SİO

“Böyük Qayıdış” Gənclər Təşkilatı və Consensus İntellekrual Mərkəz tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi və Gənc SİMA İctimai Birliyinin tərəfdaşlığı ilə gənclər arasında "#Poliqon" Starteji İntellekt Oyunu keçirilib. 

Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual oyunun qalibləri "Ərgünəş" komandası, "Suqovuşan" komandası və"Çələbi" komandası olub. Qaliblər sertifikat, kubok və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıb.

İntellektual oyunda iştirak edən gənclərimizə təşəkkür edir, qaliblərimizi bir daha təbrik edirik!

02 Fvr 2023