Gənclər arasında Poliqon SİO keçiriləcək

İntellektinə güvənən gənclərin nəzərinə 📣

Gənclər Gününə həsr olunmuş silsilə tədbirlərimiz çərçivəsində Gənclər Fondunun dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatı, Gənc SİMA İctimai Birliyinin tərəfdaşlığı və Consensus İntellektual Mərkəzinin təşkilatçılığı ilə "#Poliqon" Strateji İntellekt Oyunu keçiriləcəkdir. 🤩 

Öz strategiyanızla bu intellekt mübarizəsindən qalib ayrılmaq, bizdən kubok, medal və qiymətli hədiyyələr qazanmaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin! 🏆🎁

📌 Qeydiyyat komanda şəklində deyil, fərdi qaydada aparılır. Yaş həddi 18-29-dur. Müraciəti müsbət dəyərləndirilmiş gənclər təsadüfi seçim əsasında formalaşdırılmış komandalar şəklində yarışda iştirak edəcəklər.

🗓 Tarix: 31 yanvar 2023-cü il, saat 15:00
🔗 Qeydiyyat üçün link: https://l24.im/Oi4A

❗️ Qeydiyyat üçün son tarix: 30 yanvar 2023-cü il, saat 18:00 

#GənclərGünü #2Fevral #Poliqondayıq #PoliqonSİO #İntellektualOyun #BöyükQayıdış #AzGF #GəncSima #böyükqayıdış2023

26 Ynv 2023