Fiziki məhdudiyyətli gənclər intellektlual oyunlara cəlb edilir

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyinin təşkilatçılığı ilə "Özümüzü kəşf edək" layihəsi çərçivəsində intellektual oyun təşkil edildi. 
İntellektual oyunları, İsmayıllı İntellektual Oyunlar Klubunun nəzdində fəaliyyət göstərən Consensus İntellektual Mərkəzinın əməkdaşlığı ilə həyata keçirilirdi. Təşkilat və layihə rəhbəri Aynur Məmmədova bilidirdi ki, belə bir bilik yarışması Bakıda ilk dəfədir ki, təşkilatımızın üzv olduğu fiziki məhdudiyyətli yeniyetmə və gənclər arasında təşkil olunurdu. Tədbirdə 35 nəfər yeniyetmə və gənclər olmaqla 7 komanda ilə təmsil olunurdular.
Suallar umumi Azərbaycan, azərbaycançılıq, H. Əliyev və ümumi dünya görüşünə aid və fiziki məhdudiyyətli gənclərin durumuna uyğun olaraq hazırlanmışdır. Gənclərin əzimkar mübarizəsi sayəsində sonda ilk üç yeri tutan komandalar diplom və hədiyələrlə mükafatlandırıldılar. 
Qeyd edək ki, Consensus İntellektual Mərkəzin "Əngəlsiz İntellekt" layihəsi çərçivəsində fiziki məhdudiyyətli gənclər arasında artıq ikinci dəfədir ki, intellektual oyunlar təşkil edilir. Məhdudiyyətlərinin olmasına baxmayaraq gənclər bu oyunlarda çox iştirak etməyə maraqlıdırlar.

19 Fvr 2023