Çempionlarla görüş keçirilib

2 Fevral Gənclər günü ilə bağlı İsmayıllı rayonunda tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra icra hakimiyyətində rayon gəncləri ilə görüş keçirilib.

2021-cil ol Xəmsə milli intellektual oyunu üzrə çempion olan İsmayıllı komandası rayon rəhbərliyi görüşüb. Görüş zamaını müxtəlif mövzularda müzakirələr aparılıb. Sonda isə gənclərin regionda intellektual potensialını artırmaq məqsədi ilə tövsiyələr verilib.

Qeyd etmək istərdi ki, hər il gənclər günü İsmayıllı rayonununda təntənəli şəkildə qeyd olunub. Bu il isə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq geniş tərkibdə keçirmək mümkün olmayıb. Ona görə də tədbirdə RİH başçısı ilə yanaşı rayon Gənclər İdman İdarəsi, İsmayıllı İntellektual Oyunlar klubu, YAP İsmayıllı Rayon Gənclər təşkilatı, İsmayıllı Rayon Karyera Mərkəzinin nümayəndələri və Vətən müharibəsi iştirakçısı olmuş idmançı gənclər iştirak edib.

02 Fvr 2022