Birlik düşərgəsində intellektual oyun keçirilib

Azərbaycan Gənclər Fondu və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Şamaxı şəhərində "Birlik" düşərgəsi təşkil edilib.

Düşərgədə layihə iştirakçılıarının bilik səviyyəsinin artırılması məqsədi ilə Nə? Harada? Nə zaman? oyunu təşkil edilib. Oyunun təşkili İsmayıllı İntellektual Oyunlar Klubunun nəznində fəaliyyət göstərən Consensus İntellektual Mərkəzinə həvalə edilib. 14 komandalıq mübarizənin sonunda "Xudafərin" komandası qalib olub.

 

28 Dek 2022