Bir peşənin uğur sirri layihəsi davam edir

Elm və TəhsilNazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vll qrant müsabiqəsinin qalibi olan "Bir peşənin uğur sirri" layihəsinin icrasına Kürdmaşı kənd tam orta məktəbində başlandı.

Layihənin əsas məqsədi şagirdlərə müxtəlif peşə sahələrini yaxından tanıtmaq və gələcəkdə uğurlu peşə seçimində istiqamət vermək, dəstək olmaqdır. Bu məqsədlə biz şagirdlərimizlə bərabər fəaliyyətlərin icrasına başlandı. Həmçinin yetişən yeni nəsil gənclərimiz arasında elm və təhsilin gücləndirilməsi və peşə təhsilinə marağın ardırılması bizim əsas məqsədimizdir. 

Layihəyə V-IX sinif şagirdləri  cəlb olunaraq layihənin fəaliyyət planının icrasında aktiv iştirakları təmin olunmuşdur. Layihə çərçivəsində   şagirdlər Peşə təmayüllü siniflər, İsmayıllı  Dövlət Peşə Tədris Mərkəzi, İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci, İsmayıllı şəhər Mərkəzi kitabxanası, İsmayıllı Xalça sexi, Basqal Resort & Spa-nın fəaliyyəti ilə yaxından tanış olub. Həmçinin, müxtəlif peşə nümunələrinə aid təşkil olunmuş masterklasslarda şagirdlər praktik olaraq özlərini sınamaq imkanı əldə edib. Şagirdlərin maraqlandıran suallar peşəkarlar tərəfindən cavablandırılıb. Layihənin icra planına uyğun olaraq  digər fəaliyyətlərin həyata keçirilməsi davam edir.

10 Dek 2023