Regional Azərbaycan Kubokunda kənd gəncləri finala vəsiqə qazandı

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə ölkədə ikinci dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Regional Azərbaycan Kuboku” layihəsinin Qəbələ seçim turu keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd Heydər Əliyev siyasətinin gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir.

Qəbələ seçim turunda ümumilikdə 10 komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Gərgin mübarizənin sonunda "Avengers" komandası finala vəsiqəni təmin etdi. Bundan əlavə olaraq isə əzmkar mübarizələri illə seçilən Məmmədağalı kənd məktəbinin gənclərin ibarət komandası təşkilat komitəsi tərəfindən final oynuna dəvət edildi.

Qeyd edək ki, final mərhələsi yaxın zamanda 2023-cü il Gənclər Paytaxtı olan Mingəçevir şəhərində keçirilməsi planlaşdırılıb.

22 Fvr 2023